QLOBAL KİBERTƏHLÜKƏSİZLİK KONVENSİYASININ ZƏRURİLİYİ

QLOBAL KİBERTƏHLÜKƏSİZLİK KONVENSİYASININ ZƏRURİLİYİ VƏ YA BUDAPEŞT KONVENSİYASININ QLOBAL STANDARTA ÇEVRİLMƏSİ İMKANLARI
Məmmədov Bəxtiyar N., Əsgərova Aysel N.

Dövlətlərin coğrafi sərhədlərini aşmış kibercinayətkarlıqla mübarizənin effektiv olması və kiberməkanda təhlükəsizliyin təmin edilməsi üçün qlobal çoxtərəfli saziş və ya konvensiyanın olması zəruridir. Avropa Şurası çərçivəsində qəbul edilmiş və artıq 10-cu ildir ki, qüvvədə olan Budapeşt Konvensiyası regional xarakter daşıması, kiberməkanda yeni təhdidləri əhatə etməməsi və digər səbəblərdən qənaətbəxş hesab edilmir. Bir sıra dövlətlər BMT çərçivəsində yeni qlobal kibertəhlükəsizlik konvensiyasının işlənib hazırlanması təşəbbüsü ilə çıxış edir.Bu araşdırmalarda Budapeşt Konvensiyasının üstünlükləri və çatışmazlıqları təhlil edilir, qlobal kibertəhlükəsizlik konvensiyası üzərində razılığa gəlinməsi ilə bağlı dünyanın aparıcı dövlətləri arasında yaranmış fikir ayrılıqlarına nəzər salaraq, hadisələrin gələcək inkişafı üzrə proqnoz və mümkün həll yolları təklif edilir. (səh. 3-9)

Açar sözlər: kibertəhlükəsizlik, kibercinayətkarlıq, kiberməkan, Budapeşt Konvensiyası, qlobal kibertəhlükəsizlik konvensiyası

Məqaləyə bax