IP ünvanların vebsayt sahibləri tərəfindən qeydiyyatı və saxlanması

IP ünvanların vebsayt sahibləri tərəfindən qeydiyyatı və saxlanması fərdi məlumatların toxunulmazlığına xələl gətirə bilərmi?

Fərdi məlumatların mühafizəsi sahəsində aktivist, Almaniyanın Pirat Partiyasının üzvü Patrick Breyer Alman hökumətinin vebsaytına daxil olan zaman onun IP ünvanının qeydiyyata alınaraq Alman hökumətində saxlanılmasına etiraz edərək vətəndaşların internetdən anonim olaraq istifadə etmək hüququ olduğunu mülahizəsindən çıxış edərək Avropa İttifaqı Ədalət Məhkəməsinə müraciət etmişdir. Məsələ ilə əlaqədar məhkəmənin qəbul etdiyi qərara əsasən vebsayt sahibləri kiber hücumların qarşısını ala bilmək məqsədilə istifadəçilərin internet ünvanlarını saxlamaqda sərbəstdirlər.
Vebsite sahibləri adətən fərdiləşdirilmiş xüsusiyyətlər təmin etmək, məzmuna daxil olmağa icazə vermək və ya bunu qadağan etmək və ya vebsayta qarşı DoS hücumlarında əli olan IP ünvanlarını qara siyahıya salmaq məqsədilə istifadəçilərin IP ünvanlarını saxlayırlar.
Almaniya qanunvericiliyi vebsayt sahiblərinə məlumatların ödəniş məqsədləri üçün saxlanmasının zəruri olması istisna olmaqla, istifadəçilərin məlumatlarını qeyri-müəyyən məqsədlərlə saxlamağa icazə vermir. Lakin Avropa İttifaqının Lüksemburqda yerləşən Ədalət məhkəməinin cari ilin oktyabr ayında
verdiyi qərarına görə kiber cinayətin qarşısının alınması istifadəçinin icazəsi olmadan bu cür məlumatın saxlanması üçün hüquqi əsas yaradır.
Qərara münasibət bildirən Patrick Breyer internet şirkətlərin insanları vebdə izləyərək onların şəxsi maraqları barədə məlumat toplayaraq bu informasiyanı ötürməkdə davam edəcəyini və Avropa İttifaqının fərdi məlumatların mühafizəsində yaranmış bu qəbuledilməz boşluğu doldurmalı olduğunu bildirmişdir.
Ümumiyyətlə, İP ünvanı vasitəsilə fərdə məxsus məlumatları əldə etmək mümkündürmü və ölkəmizdə bu məsələ necə tənzimlənir?
Ölkəmizdə internet infrastrukturunun quruluşu ilə əlaqədar hər bir şəxs internetə provayderlər vasitəsilə bağlandığı üçün IP ünvanlar əksər hallarda internet provayderlərinin ünvanını özündə əks etdirir. IP ünvanını təsis edən hostinq servisinin məlumatlarını əks etdirən dinamik və ya paylaşılan IP ünvanlardan fərqli olaraq, statik və bir yer adı ilə bağlı olan IP ünvanlarda müəyyən şərtlər daxilində fərdə məxsus məlumatları əldə etmək mümkündür. Veb səhifə sahibləri isə istifadəçilərə məxsus IP ünvanlarının qeydiyyata alınması və saxlanması məsələlərində sərbəstdirlər.