19 İyul 2016

Haqqımızda

“IT LAW Consultancy” MMC Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq 2016-cı ildə dövlət qeydiyyatından keçmiş, ölkəmizdə İnformasiya Texnologiyaları (IT) hüququ sahəsində ixtisaslaşan ilk hüquq şirkətidir. Şirkət IT hüququ sahəsində ixtisaslaşmış hüquqşünaslardan və təcrübəli IT mütəxəssislərindən ibarətdir. Əgər Sizin probleminiz IT hüququ ilə bağlıdırsa və Sizə bu sahədə hüquqi məsləhət və ya hüquqlarınızın məhkəmədə müdafiəsi lazımdırsa, bizimlə əlaqə saxlaya bilərsiniz. Biz yerli və əcnəbi müştərilərimizə IT hüququ sahəsinin bütün aspektlərinə, o cümlədən aşağıdakı məsələlərə dair xidmətlərimizi təklif edir və keyfiyyətə tam zəmanət veririk:
– Kibertəhlükəsizlik sahəsində konsultasiyalar, bu sahədə sübutların araşdırılması və tədqiqi, istintaq və məhkəmə müdafiəsi;
– Kibercinayətlər və elektron sübutlarla bağlı çətinliklərin aradan qaldırılması məqsədilə potensialın gücləndirilməsi tədbirləri, o cümlədən hüquq mühafizə orqanları və hakimlər üçün treninqlərin keçirilməsi;
– Elektron ticarətin həyata keçirilməsi sahəsində mövcud olan qayda və tənzimləmələrə uyğunlaşma, o cümlədən rəqəmsal hüquqlar və onlayn reklamla bağlı fiziki və hüquqi şəxslərə hüquqi konsultasiyalar verilməsi;
– Müqavilə hüququ məsələləri, xüsusilə proqram təminatının istifadəsi üzrə kommersiya müqavilələrinin və lisenziya razılaşmalarının şərtlərinin tərtib edilməsi və müzakirəsi məsələləri sahəsində konsultasiyalar;
– Fərdi məlumatların qorunması mexanizmlərinin işlənib hazırlanması, fərdi məlumatları toplayan, saxlayan və emal edən müştərilərə (fərdi məlumatların mülkiyyətçiləri və operatorları) onların məruz qala biləcəkləri hüquqi risklərin minimuma endirilməsində yardımçı olmaq məqsədilə konsultasiyalar;
– Biotexnoloji məhsulların istehsalı və onların idxalı ilə məşğul olan şirkətlərə, o cümlədən biotexnologiya start-up şirkətlərinə fəaliyyətlərində nəzərə almalı olduqları hüquqi məsələlər, xüsusilə milli qanunvericiliyin patent hüququ sahəsində tələbləri ilə bağlı konsultasiyalar verilməsi;
– IT şirkətlərə hüquqi konsultasiyaların verilməsi;
– Məhkəmə və arbitraj proseslərində iştirak da daxil olmaqla, IT sahəsi ilə bağlı olan mübahisələrin həlli;
– IT sahəsində hüquqi ekspertizanın aparılması;
– Kiber risklərin idarə olunması və kiber sığorta məsələləri üzrə konsultasiyaların verilməsi;
– Biznes, əqli mülkiyyət, mülki, cinayət, əmək, ailə hüququ, internet şəbəkəsində məlumatların yayılması, işgüzar nüfuz, şərəf və ləyaqətin pozulması ilə bağlı mübahisələrin hüquqi tənzimlənməsi, konsultasiyaların verilməsi və məhkəmədə vəkillə təmsilçilik, şirkətlərin dövlət qeydiyyatından keçirilməsi, təşkilatı-hüquqi formasının və adının dəyişdirilməsi üzrə xidmətlər, Azərbaycan Respublikasından İngiltərə, Amerika və digər Anglo-Sakson hüquq sistemli ölkələrə göndərilən sənədlərin, izahatların, and içmələrin və sübutların vəkilin imzası ilə təsdiq olunması (notary public services);
– IT hüququ sahəsində ən son xəbərlər və maarifləndirici məlumatların əvəzsiz yayılması;
– IT sahəsində konkret layihələr üçün zəruri ola biləcək yüksəksəviyyəli hüquqi xidmətlərin göstərilməsi.