19 İyun 2016

FAQ

IT hüququ nədir?
Bizim ixtisaslaşdığımız hüquq sahəsini təsvir edən bir çox terminlər vardır: IT (İnformasiya Texnologiyaları) hüququ, IKT (İnformasiya və Kommunikasiya Texnologiyaları) hüququ, texnologiya hüququ (techlaw), kompüter hüququ, elektron hüquq (elaw), sosial və ya yeni media hüququ, rəqəmsal media hüququ, Internet hüququ, kiber hüquq, veb hüququ (web law)…
IT hüququ qlobal biznes, ticarət və iqtisadiyyat sahəsində elektron informasiyanın toplanması, saxlanması və yayılması üçün hüquqi çərçivə təmin edən yeni hüquq sahəsidir. O, müqavilə hüququ, istehlakçıların hüquqlarının müdafiəsi hüququ, cinayət hüququ, patent hüququ, müəlliflik hüququ, ticarət nişanı hüququ, bank hüququ, fərdi məlumatların mühafizəsi hüququ, ifadə azadlığı hüququ, vergi hüququ, telekommunikasiya hüququ, əmək hüququ kimi hüququn müxtəlif sahələrindən elementləri özündə birləşdirir.
IT üzrə hüquqşünas nə üçün lazımdır?
Siz istənilən növ onlayn biznes fəaliyyəti ilə məşğul olarkən bunun fərqində olsanız da, olmasanız da IT hüququnun təsirinə məruz qalırsınız. Bu fəaliyyətinizin sizin biznesiniz üçün potensial hüquqi məsuliyyət mənbəyi olub olmadığını bilmək üçün sizə IT üzrə hüquqşünasın yardımı zəruridir. Bu sahədə fəaliyyət göstərən hüquqşünaslar müxtəlif sahələrdən olan fiziki və hüquqi şəxsləri təmsil edirlər. Onlar IT əqdlərini müştərinin iqtisadi faydasını maksimum səviyyəyə qaldıracaq, eyni zamanda qanunvericilik və tənzimləmə qaydalarına uyğunluğu təmin edə biləcək şəklə gətirirlər. Həmçinin əqdin tərəfləri arasında potensial mübahisə mənbələrinin müəyyən edilməsi, məhkəmə çəkişmələrinin meydana gəlmə risklərinin azaldılması məqsədilə bu cür halları tənzimləyən müqavilələrin hazırlanması və ya hazırlanmış müqavilələrə yenidən baxılması da bu cür hüquqşünasların gördüyü işlərdəndir.
IT sahəsində məhkəmə çəkişmələri meydana çıxan zaman bu cür işlərdə ixtisaslaşan hüquqşünas ümumi hüquq məsələlərində təcrübəsi olan hüquqşünasla müqayisədə daha faydalı ola bilir. Onlar bir qayda olaraq informasiya texnologiyaları sahəsində təcrübəyə malik olan insanlar olur. Bü cür təcrübəsi olan hüquqşünaslar texniki məsələləri hakimə, andlı iclasçılara və digər tərəflərə izah etməkdə daha effektiv olur və onların adətən IT sahəsində məsləhitçilər və ekspertlər tapmaq üçün kifayət qədər əlaqələri olur. Bu səbəbdən IT hüququ hüququn spesifik bir sahəsidir və bu sahədə hüquqşünas xidmətindən istifadə etmək istəyənlər bunu nəzərə almalıdırlar.
“IT Law Consultancy” MMC hansı hüquqi məsələlərlə məşğul olur?
Biz IT sahəsinin bütün aspektlərinə, o cümlədən aşağıdakılara dair hüquqi məsələlərlə məşğul oluruq:
– Kibertəhlükəsizlik sahəsində konsultasiyalar, sübutların araşdırılması və tədqiqi, istintaq və məhkəmə müdafiəsi, bu sahədə maarifləndirmə və hüquq mühafizə orqanları və hakimlər üçün treninqlərin keçirilməsi;
– Elektron ticarətin həyata keçirilməsi sahəsində mövcud olan qayda və tənzimləmələrə uyğunlaşma, o cümlədən rəqəmsal hüquqlar və onlayn reklamla bağlı fiziki və hüquqi şəxslərə hüquqi konsultasiyalar göstərilməsi;
– Fərdi məlumatların qorunması mexanizmlərinin işlənib hazırlanması üzrə konsultasiyalar;
– Müqavilə hüququ məsələləri, xüsusilə proqram təminatının istifadəsi sahəsində kommersiya müqavilələrinin və lisenziya razılaşmalarının şərtlərinin tərtib edilməsi üzrə konsultasiyalar;
– Biotexnoloji məhsulların istehsalı və onların idxalı ilə məşğul olan şirkətlərə milli qanunvericiliyin tələbləri ilə bağlı konsultasiyalar göstərilməsi;
– IT şirkətlərə hüquqi konsultasiyaların göstərilməsi;
– Məhkəmə və arbitraj proseslərində iştirak da daxil olmaqla, IT sahəsi ilə bağlı olan mübahisələrin həlli;
– Hüquqi ekspertizanın aparılması;
– Kiber risklərin idarə olunması və kiber sığorta məsələləri üzrə konsultasiyaların göstərilməsi.