FACEBOOK DEEPFAKE VİDEOLARLA BAGLI YENİ QAYDALAR TƏTBİQ ETMƏYƏ BAŞLAYIR

FACEBOOK DEEPFAKE VİDEOLARLA BAGLI YENİ QAYDALAR TƏTBİQ ETMƏYƏ BAŞLAYIR

Facebook yanvar ayında qüvvəyə minmiş yeni qaydaları ilə əksər deepfake videolara qadağa tətbiq etsə də, qaydalar ənənəvi üsullardan istifadə edərək tərtib edilmiş videoları əhatə etmir.

Facebook öz platformalarında əksər deepfake videolarını qadağan etdiyini elan edərək problemli məzmuna qarşı mübarizəsində yeni bir mərhələyə qədəm qoydu. Yeni qaydalara əsasən, video onun məzmununun birləşdirilməsi, dəyişdirilməsi və ya üst-üstə düşməsini təmin edən süni intellektin məhsulu olarsa və “insanları yanıltmaq məqsədilə videodakı şəxsin əslində söyləmədiyi sözləri söylədiyinə inandıra bilmək ehtimalı olarsa” o, Facebook platformalarından silinəcəkdir.

Buna baxmayaraq, Facebook parodiya və satiraya hələ də icazə verildiyini bildirir.

Ötən ilin iyun ayında internetdə Mark Zuckerbergin guya “milyardlarla insanın oğurlanmış məlumatlarına nəzarəti olan bir adam” olduğunu və bütün bunlara görə SPECTER-ə (James Bond franşizasından mənfur uydurma təşkilat) borclu olduğunu söylədiyi deepfake videosundan sonra Facebook etiraz və tənqid hədəfinə çevrilmişdir.

Eyni zamanda, Facebook ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin sürəti azaldılmış, nəticədə Pelosinin sərxoş və ya yaşlı görünməsinə səbəb olmuş videonu sosial şəbəkədən çıxarmaqdan imtina etmişdir.

Facebook-un yeni qaydaları Zuckerbergin karyera uğurlarına görə SPECTER-ə borclu olduğunu söylədiyi videolara tətbiq ediləcək, lakin Pelosi klipi kimi videolara tətbiq olunmayacaq. Belə ki, sonuncu süni intellekt deyil, ənənəvi vasitələrdən istifadə edərək yaradılmışdır və videoda Pelosinin sözləri deyil, sadəcə onların söylənilmə tərzi dəyişdirilmişdir.

Bundan başqa, Facebook siyasi reklamlarda deepfake-ləri qadağan etməyəcəyini də bildirib və bunun Facebook-un siyasi reklamlarında faktların yoxlanılması ilə məşğul olmaması ilə bağlı mövqeyinə uyğun olduğunu bəyan edib. Bu isə Facebook-un platformalarında yanlış məlumat yerləşdirilməsinə kifayət qədər nəzarət etmədiyi qənaətinə gətirib çıxara bilər.

BƏS DEEPFAKE NƏDIR?

Deepfake (ingiliscə “deep learning” (dərin öyrənmə) və “fake” (saxta) sözlərinin birləşməsindən yaranıb) sintetik medianın süni neyron şəbəkələrindən istifadə edərək görüntü və ya videoda bir insanın oxşar digər bir insan ilə əvəz olunmasıdır. Deepfake-lərin saxta pornoqrafik videolar, saxta xəbərlər, maliyyə fırıldaqlarında istifadəsi geniş yayılmışdır. Onların istifadəsinin aşkar edərək məhdudlaşdırılması üçün müxtəlif səviyyələrdə bir çox tədbirlər həyata keçirilir.

Deepfake technologies
Deepfake technologies


Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (Maddə 273-2) də kompüter məlumatlarının saxtalaşdırılmasını qadağan edir. Belə ki, saxtalaşdırılmış kompüter məlumatlarını autentik (həqiqi) kompüter məlumatları kimi qələmə vermək və ya istifadə etmək məqsədilə kompüter məlumatlarını müvafiq hüquq olmadan qəsdən daxil etmə, dəyişdirmə, silmə və ya bloklama, bu əməllər ilkin kompüter məlumatlarının autentikliyinin (həqiqiliyinin) pozulmasına səbəb olduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2000 manatdan 4000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.