XİDMƏTLƏRİMİZ
Məlumatların mühafizəsi
Komandamız fərdi məlumatları toplayan, saxlayan və emal edən müştərilərə onların məruz qala biləcəkləri hüquqi risklərin minimuma endirilməsində yardımçı olmaq məqsədilə məlumatların pozulması hallarına qarşı hazırlıqlı olmaq, bu sahədə müqavilələr hazırlamaq, tətbiq olunan qanunların tələblərini müəyyənləşdirməkdə hüquqi konsultasiyalar verir.
Elektron ticarət
Hüquqşünaslarımız müştərilərə dair məlumatları toplamaqla əqdlər bağlayan və onlayn pərakəndə satışla məşğul olan hüquqi şəxslərə elektron ticarətin həyata keçirilməsi sahəsində mövcud olan qanunvericiliyin tələblərinə uyğunlaşma, o cümlədən fiziki şəxslərə rəqəmsal hüquqlar və onlayn reklamla bağlı hüquqi konsultasiyalar verir.
Kibertəhlükəsizlik
Şirkətimiz kibertəhlükəsizlik məsələləri üzrə konsultasiyalar, bu sahədə sübutların araşdırılması və tədqiqi, istintaq və məhkəmə müdafiəsi, maarifləndirmə və hüquq mühafizə orqanları və hakimlər üçün treninqlərin keçirilməsi, kibersığorta üzrə ekspert konsultasiyaları kimi xidmətlər təklif edir.
Biotexnologiya hüququ
Mütəxəssislərimiz biotexnoloji məhsulların istehsalı və onların idxalı ilə məşğul olan şirkətlərə, o cümlədən biotexnologiya start-up şirkətlərinə fəaliyyətlərində nəzərə almalı olduqları hüquqi məsələlər, xüsusilə ilə milli qanunvericiliyin patent hüququ sahəsində tələbləri ilə bağlı konsultasiyalar təklif edir.
HAQQIMIZDA
“ITLaw Consultancy” MMC
“IT Law Consultancy” MMC Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq 2016-cı ildə dövlət qeydiyyatından keçmiş, ölkəmizdə İnformasiya Texnologiyaları (IT) hüququ sahəsində ixtisaslaşan ilk hüquq şirkətidir.
Şirkət IT hüququ sahəsində ixtisaslaşmış hüquqşünaslardan və təcrübəli IT mütəxəssislərindən ibarətdir. Əgər Sizin probleminiz IT hüququ ilə bağlıdırsa və Sizə bu sahədə hüquqi məsləhət və ya hüquqlarınızın məhkəmədə müdafiəsi lazımdırsa, bizimlə əlaqə saxlaya bilərsiniz. Biz yerli və əcnəbi müştərilərimizə IT hüququ sahəsinin bütün aspektlərinə dair xidmətlərimizi təklif edir və keyfiyyətə tam zəmanət veririk.

KOMANDAMIZ

Anar Rustamov
Əlaqə email: anarrustam@itlawconsultancy.com mobil: +99450 6645359

Nurana Nağıyeva
Əlaqə email: office@itlawconsultancy.com mobil:+99455 6001461

Elvin Məhərrəmov
Əlaqə email: office@itlawconsultancy.com mobil: +99455 8782839
BLOQ

Post-pandemiya dövründə kibertəhlükəsizlik
Read full article
5G TEXNOLOGİYASI NƏDİR?
Read full article
BÖYÜK BRİTANİYA HÖKUMƏTİ RUSİYANI KİBERHÜCUMLARDA İTTİHAM ETDİ.
Read full article